2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində daha səkkiz qarşılaşma baş tutub.
Oxu.Az xəbər verir ki, Azərbaycan millisinin də yer aldığı D qrupunun lidieri Fransa səfərdə İslandiyanın qonağı olub.
Qarşılıqlı qollarla keçən matçda qalib müəyyənləşməyib. Komandalar hərəyə iki dəfə fərqlənməklə xalları yarıya bölüblər - 2:2.
Meydan sahiblərinin qollarını müdafiəçi Viktor Paulsson (39) və hücumçu Kristian Hlinsson (70) vurublar. Fransa yığmasının heyətində hücumçular Kristofer Nkunku (63) və Jan-Filip Mateta (68) fərqləniblər.
Günün digər matçlarında isə aşağıdakı nəticələr qeydə alınıb:
Şimali İrlandiya - Almaniya 0:1;
Slovakiya - Lüksemburq 2:0;
Sloveniya - İsveçrə 0:0;
İsveç - Kosova 0:1;
Şimali Makedoniya - Qazaxıstan 1:1;
Uels - Belçika 2:4.