Venesuela Norveçdəki səfirliyini bağlamaq qərarı verib.
Oxu.Az bildirir ki, bu barədə NRK yayım korporasiyasına Norveç Xarici İşlər Nazirliyindən məlumat veriblər.
Nazirliyin mətbuat katibi Sesili Roanq bildirib ki, Oslo Venesuela səfirliyindən səbəb göstərmədən səfirliyi bağladıqları barədə məlumat alıb.
Bu qərar Norveç Nobel Komitəsinin Venesuela müxalifətinin lideri Mariya Maçadoya Nobel Sülh Mükafatı təqdim etməsindən sonra baş verib.