2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatının seçmə mərhələsində daha səkkiz qarşılaşma keçirilib.
Oxu.Az xəbər verir ki, A qrupunda mundiala vəsiqə qazanmaq uğrunda Şimali İrlandiya və Almaniya milliləri üz-üzə gəliblər.
Qrupun dördüncü turunun görüşündə Almaniya millisi səfərdən minimal hesablı qələbə ilə qayıdır - 0:1.
Matçda yeganə qolu Nik Voltemade vurub.
Digər matçlarda aşağıdakı nəticələr qeydə alınıb:
İslandiya- Fransa - 2:2;
Şimali Makedoniya - Qazaxıstan - 1:1;
Slovakiya - Lüksemburq - 2:0;
Sloveniya - İsveçrə - 0:0;
Uels - Belçika - 2:4;
İsveç - Kosova - 0:1.