AFFA İntizam Komitəsi son turda keçirilən “Bakı” - “Xəzər Lənkəran” matçından sonra qonaq komandanın mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğluna, görüşün baş hakimi Ramil Diniyevi təhqir etdiyinə görə, 5 oyunluq cəza verib.
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, “Xəzər Lənkəran”ın rəsmisi H.Cəbrayıloğlu bu cəzaya öz Facebook profilindən münasibət bildirib:
“AFFA İK-nin qərarını anlayıram. Amma tunelə gedərkən lənkəranlı azarkeşləri küçə söyüşü ilə təhqir edən, “əcəb eləmişəm, əlimin içindən gəlir” deyən Ramil Diniyevə nə cəza veriləcək? Mən azarkeşlərimizə Diniyevin söydüyü söyüşləri onun özünə qaytarmışam. Harda qarşıma çıxsa, yenə o söyüşləri ona qaytaracağam....”.