Azərbaycan millisinin 2026-cı ildə təşkil olunacaq futbol üzrə dünya çempionatının seçmə mərhələsindəki rəqibləri bəlli olub.
Oxu.Az xəbər verir ki, Azərbaycan millisi püşkatmada IV səbətdə yer alıb.
2025-ci ildə start götürəcək seçmə mərhələnin görüşlərində millimiz Fransa-Xorvatiya cütünün qalibi, İslandiya və Ukrayna milliləri ilə qarşılaşacaq.
Qeyd edək ki, dörd və beş komandadan ibarət 12 qrupun birinciləri birbaşa DÇ-2026-nın final mərhələsinə vəsiqə əldə edəcəklər. İkinci yeri tutanlar pley-offda iştirak hüququ qazanacaqlar. 2026-cı ildə Kanada, Meksika və ABŞ-də təşkil olunacaq dünya çempionatı ilk dəfə 48 komandanın iştirakı ilə gerçəkləşəcək.
Bu gün 2026-cı ildə baş tutacaq futbol üzrə dünya çempionatının püşkatma mərasimi keçiriləcək, milli komandamız IV səbətdə yer alacaq.
Oxu.Az xəbər verir ki, püşkatma mərasimi Bakı vaxtı ilə saat 15:00-da start götürəcək.
Püşkatma üçün komandalar beş səbətə bölünüb. Birinciyə Millətlər Liqasının bütün 1/4 finalçıları daxil edilib, daha sonra komandalar FIFA reytinqində tutduqları mövqeyə görə bölüşdürülüb.
| Səbət 1 | Səbət 2 | Səbət 3 | Səbət 4 | Səbət 5 |
| Fransa | Ukrayna | Şotlandiya | Bolqarıstan | Moldova |
| İspaniya | İsveç | Sloveniya | Lüksemburq | Malta |
| Portuqaliya | Türkiyə | İrlandiya | Belarus | Andorra |
| İtaliya | Uels | Albaniya | Kosovo | Cəbəllüttariq |
| İngiltərə | Macarıstan | Şimali Makedoniya | Ermənistan | Lixtenşteyn |
| İsveçrə | Serbiya | Gürcüstan | Qazaxıstan | San-Marino |
| Xorvatiya | Polşa | Finlandiya | Azərbaycan | |
| Niderland | Rumıniya | İslandiya | Estoniya | |
| Danimarka | Yunanıstan | Şimali İrlandiya | Kipr | |
| Almaniya | Slovakiya | Monteneqro | Latviya | |
| Belçika | Çexiya | Bosniya və Herseqovina | Litva | |
| Avstriya | Norveç | İsrail |