Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

15 yaşı tamam olan Azərbaycan vətəndaşlarının ilkin hərbi qeydiyyata alınma müddətləri dəyişir
15 yaşı tamam olan Azərbaycan Respublikasının kişi cinsli vətəndaşlarının yaşayış və ya olduğu yer üzrə müvafiq icra hakimiyyəti orqanında ilkin hərbi qeydiyyata alınma müddətləri dəyişir.
Oxu.Az xəbər verir ki, bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Hazırkı qanuna əsasən, həmin şəxslər yanvar-mart ayları ərzində qeydiyyata alınırlar.
Dəyişikliyə əsasən isə qeydiyyat yanvar-may aylarında aparılacaq.
"Hərbi xidmətə çağırış" teqi üzrə xəbərlər
- Prezidentdən müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı SƏRƏNCAM
- Azərbaycanda yaşı 31-dən yuxarı olan əsgərlərin ordudan tərxisinə başlanıldı
- Hərbi geyim forması ilə bağlı qaydanı pozanlar 1000 manatadək cərimə oluna bilərlər
- Əli Əsədovdan qurumlara hərbi xidmət keçmənin son yaşının endirilməsi ilə BAĞLI TAPŞIRIQ
- Bu gündən Azərbaycanda həqiqi hərbi xidmətə növbəti çağırış başlayıb
Ən çox oxunanlar