Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
"Qarabağ" ən çox qol buraxan komandalar siyahısında qərarlaşıb
Avropa Liqasında məğlubiyyətləri sıralayan "Qarabağ" Liqa mərhələsində ən çox qol buraxan komandalar sırasında yer alıb.
Oxu.Az xəbər verir ki, Qurban Qurbanovun komandası keçirdiyi 6 görüşdə 14 top buraxıb.
Azərbaycan çempionu hər matçda orta hesabla 2.33 qol buraxıb. Bu, turnirin üç ən zəif göstəricisindən biridir.
Yalnız Kiyev "Dinamo"su daha çox qol buraxıb. Ukrayna təmsilçisi topu 15 dəfə qapısında görüb.
"Nitsa" isə "Qarabağ"la eyni göstəriciyə malikdir. Fransa klubu da 14 qola üzülüb. Hər iki komanda "Dinamo"nun antirekordunun bir addımlığındadır.
Bu üçlükdən başqa yalnız iki komanda orta hesabla 2.00-dan daha çox top buraxıb. "Beşiktaş" və Təl-Əviv "Makkabi"si 13 dəfə belə üzüntü yaşayıblar.
Qeyd edək ki, 6 oyunda 3 xal toplayan "Qarabağ" turnir cədvəlində 33-cüdür.
"Qarabağ FK" teqi üzrə xəbərlər
- "Qarabağ" - FCSB görüşünün baş hakimi üç dəfə Azərbaycan komandalarının oyununu idarə edib
- UEFA Avropa Liqası: "Qarabağ" - FCSB oyununun təyinatları bəlli olub
- "Flamenqo" klubunun baş məşqçisi: "Juninyo heyətin səviyyəsini yüksəldəcək"
- "Ferentsvaroş"da xoşbəxt olmayan "Qarabağ"ın sabiq hücumçusu klubunu dəyişib
- Premyer Liqa: "Neftçi" - "Sabah" matçında qalib müəyyənləşmədi
Rəylər