Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Hərbi qulluqçuların xidmətinin son yaş həddi azaldılır
Dinc dövrdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuların xidmətinin son yaş həddi azaldılır.
Oxu.Az xəbər verir ki, bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Hərbi vəzifə və hərbi xidmət haqqında" Qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Hazırda "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 39-cu maddəsinə müvafiq olaraq, dinc dövrdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları aşağıdakı son yaş həddinədək xidmət edirlər: müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları - 36,5. Dəyişikliyə əsasən isə yaş həddi 31,5-ə endirilir.
"Hərbi vəzifə və hərbi xidmət haqqında qanuna dəyişiklik" teqi üzrə xəbərlər
- Azərbaycanda hərbi xidmətə çağırış yaşının yuxarı həddi 30-a endirilir - Parlament TƏSDİQLƏDİ
- Deputat: "Hərbi qanunvericiliyə edilən təkliflər Zəfərin yaratdığı yeni reallıqlardan irəli gəlir"
- HƏRBİ xidmətkeçmə ilə bağlı SUALLAR: Yenilənmiş qanun kimlərə şamil ediləcək?
- "Həqiqi hərbi xidmət müddətinin azaldılması müzakirə mövzusu deyil" - RƏSMİ
- Deputat bir sıra şəxslərin müvafiq vəsait qarşılığında hərbi xidmətdən azad olunmasını təklif edib
Rəylər