Bu gün Azərbaycanın I Divizionunun 2016/2017 mövsümünün püşkatma mərasimi keçirilib.
Oxu.Az xəbər verir ki, mərasimdə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev iştirak edib.
Püşkatmaya əsasən, ilk turun oyun cədvəli müəyyənləşib:
“Rəvan” - “Turan Tovuz”
“Zaqatala” - “Şahdağ”
“Şəmkir” - “Şərurspor”
“Bakılı” - “Ağsu”
“Mil Muğan” - “Səbail”
MOİK - “Energetik”
“Qaradağ Lökbatan” - “Göyəzən”
Qeyd edək ki, yeni mövsümdən 14 komanda 2 dövrə üzrə mübarizə aparacaq. İlk turun oyunları 7-8 sentyabrda keçiriləcək.