Sərbəst və yunan-Roma güləşi üzrə U-20 Azərbaycan çempionatına yekun vurulub.
“Report”un məlumatına görə, yarışın son günündə yunan-Roma güləşçiləri beş çəkidə qalibləri müəyyənləşdiriblər.
60 kq: 1. Tural Əhmədov (Lokomotiv), 2. Rəhman Kərimov (DİN), 3. Səid Xəlilov (Sumqayıt), Maksut Cankurtaran (Lokomotiv).
63 kq: 1. Fərid Xəlilov (Sumqayıt, “Neftçi”), 2. Təvəkkül Həziyev (Qubadlı, “Neftçi”), 3. Fəraim Mustafayev (Neftçi), Füzuli Abbasov (Neftçi).
77 kq: 1. Davud Məmmədov (Neftçi), 2. Kənan Abdullazadə (Neftçi), 3. Cavad Məmmədov (Neftçi), Rəvan Nuriyev (Sumqayıt, “Spartak”).
87 kq: 1. Əli Quliyev (UGİM-5), 2. Cocu Səmədov (Məhsul), 3. Rəcəb Şirinov (Mingəçevir), Rəvan Hüseynli (Pəhləvan).
130 kq: 1. Məzaim Mərdanov (Şəmkir), 2. Hüseyn Museyi-Kazım (DİN), 3. Məhəmməd Abdullazadə (UGİM-9).
12:04
Bu gün sərbəst və yunan-Roma güləşi üzrə U-20 Azərbaycan çempionatına yekun vurulacaq.
İdman.biz xəbər verir ki, son yarış günündə “klassiklər” daha beş çəkidə mübarizə aparacaqlar.
60 kq, 67 kq, 77 kq, 87 kq və 130 kq olan idmançılar ən güclünü müəyyənləşdirəcəklər.
Bakı İdman Sarayında baş tutan çempionatın keçirilməsində əsas məqsəd gənclərdən (U-20) ibarət milli komandanı formalaşdırmaqdır.
Bir gün öncə yunan-Roma növündə beş çəkidə qaliblər bəlli olub. Final görüşlərini qələbə ilə başa vuran Turan Daşdəmirov (55 kq), Məhəmməd Şükürzadə (63kq), Faiq Səfərli (72kq), İsmayıl Rzayev (82 kq) və Mikayıl İsmayılov (97 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Qeyd edək ki, sərbəst növdə bütün qaliblər bəllidir. Vasif Bağırov (57 kq), Camal Abbasov (61 kq), Musa Verdiyev (65 kq), Ramik Heybətov (70 kq), Əhməd Əhmədli (74 kq), Nuridin Maqommedqacıyev (79 kq), Sadiq Mustafazadə (86 kq), Anar Cəfərli (92 kq), Xetaq Karsanov (97 kq) və Muxammad Qantemirov (125 kq) Azərbaycan çempionu tituluna yiyələniblər.