Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Gürcüstan millisinin qapıçısı 20 illik rekordu təkrarlayıb
Gürcüstan millisinin qolkiperi 20 illik rekordu təkrarlayıb.
Məlumata görə, futbol üzrə Gürcüstan millisinin qapıçısı Giorgi Mamardaşvili Avropa çempionatının qrup mərhələsində 21 seyv edib.
Üç oyuna bu göstəricini əldə edən Mamardaşvili Latviya millisinin sabiq qapıçısı Aleksandr Kolinkonun AVRO-2004-dəki rekordunu təkrarlayıb.
Xatırladaq ki, AVRO-2024 qrup mərhələsinin III turunda Gürcüstan gözlənilmədən Portuqaliyanı məğlub edib. F qrupunun matçında qonşu ölkənin komandası pireneylilərin qapısından iki cavabsız top keçirməklə qalib gəlib və adını 1/8 finala yazdırıb.
Mənbə: Championat.com
Mövzuya aid xəbərlər
Ən çox oxunanlar
Rəylər