Sərbəst güləş üzrə Hindistan Pro Liqasında üçqat dünya çempionumuz Hacı Əliyev ikinci qələbəsini qazanıb.
Oxu.Az xəbər verir ki, onun kapitanı olduğu “Yodha” komandası II turda bu dəfə “Mumbay Maharathi”ni 4:3 hesabı ilə məğlub edib.
Hacı Əliyev (-65 kq) yerli idmançı Harful Culianı asanlıqla yenib – 7:0. Xatırladaq ki, o, ilk görüşündə də rəqibinə yeddi xallıq fərqlə qalib gəlmişdi.
Qeyd edək ki, “Yodha” bununla da xalını dördə çatdıraraq vahid liderə çevrilib.
Səbuhi MUSAYEV