Formula 1 üzrə Britaniya Qran-prisi dramatik anlara səhnə olub.
TASS xəbər verir ki, hazırda turnir cədvəlinin lideri “Red Bull” komandasının pilotu Maks Ferstappen əsas rəqibi Lüis Hemilton (“Mercedes”) ilə yarışın ilk dövrəsindəcə toqquşaraq sıradan çıxıb.
Qəzadan sonra yarışa bir müddət fasilə verilib. Hemiltona 10 saniyəlik cəza kəsilib, Ferstappenə isə ilkin tibbi yardım göstərilib.
Daha sonra bərpa olunan mərhələni yekunda Hemilton qazanıb. Doğma meydanda üstün olan britaniyalı pilot lider Ferstappenlə xal fərqini azaldıb.
Qeyd edək ki, növbəti mərhələ Macarıstandakı “Hunqarorinq”də keçiriləcək.