Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Hindistanda futbol matçında qəribə hadisə: Arılar hakimlərə və azarkeşlərə HÜCUM ETDİLƏR
Futbol üzrə Hindistan Superkuboku matçı arıların hücumu səbəbindən dayandırılıb.
Oxu.Az Sports.ru-ya istinadla xəbər verir ki, "İnter Kaşi" - "Mumbai Siti" oyununun 28-ci dəqiqəsində stadionda arı sürüsü peyda olub.
Qarşılaşma müvəqqəti olaraq dayandırılıb və yenidən başlayandan dərhal sonra həşəratlar geri qayıdaraq, azarkeşlərə və hakimlər briqadasına hücum ediblər.
Azarkeşlər cəld tribunaları tərk ediblər, hakimlər isə başlarının arxasını yaş dəsmallarla örtərək, üzüstə uzanmağa məcbur olublar.
Oyun yalnız hakimlər sarı formalarını qara formayla əvəzlədikdən sonra davam edib.
Hindistanda futbol matçında qəribə hadisə: Arılar hakimlərə və azarkeşlərə HÜCUM ETDİLƏR
"Hindistan" teqi üzrə xəbərlər
- Modi Pakistanı hədələdi
- Havada qorxulu anlar: Hindistanda sərnişin təyyarəsi zədələnmiş burunla eniş etdi
- Pakistan ordusu: "Hindistan atəşkəsi pozarsa, sərt cavab alacaq"
- Hindistanda 7 ayda 25 kişi ilə evlənən qadın həbs edildi
- Hindistanla Pakistan qoşunları əvvəlki mövqelərə çəkmək barədə razılığa gəliblər
Ən çox oxunanlar