Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
II Avropa Oyunlarında yeni ənənənin əsası qoyulacaq
Minskdə keçiriləcək II Avropa Oyunlarında yeni ənənənin əsası qoyulacaq. Məşəl estafeti ilk dəfə bir neçə Avropa ölkəsinin ərazisindən keçəcək.
TASS agentliyinin xəbərinə görə, 2019-cu il II Avropa Oyunlarının direktorluğunun bəyanatında bildirilib:
“Məşəl estafeti Olimpiya Oyunları çərçivəsində təşkil edilən ənənəvi tədbirdir. Bakıda keçirilən I Avropa Oyunlarında da məşəl estafeti olub. Həmin estafet yalnız təşkilatçı ölkənin ərazisindən keçib. Qarşıdakı estafet isə daha irimiqyaslı və əhəmiyyətli olması ilə fərqlənəcək.
Biz bu ənənənin əsasını qoymağımızdan çox məmnunuq və bu yenilik 20-30 ildən sonra yarışları keçirən bütün təşkilatçılar tərəfindən təkrar olunacaq. Biz onun əsasını qoyuruq.
Estafet məşəlinin mayın 3-də Avropa Olimpiya Komitələrinin (AOK) mənzil-qərargahının yerləşdiyi Romadan start götürməsi qərara alınıb. Növbəti Avropa Oyunlarında da məşəl estafetinin məhz buradan başlanacağı ehtimal olunur. Mərasim Ara Pacis Museum muzey kompleksində keçiriləcək. Təntənəli mərasimdə məxsusi olaraq AOK üçün hazırlanmış aksiyanın rəmzi – zeytun ağacı təqdim ediləcək, həmçinin Avropa Oyunlarının ilk estafet məşəli alovlandırılacaq”.
"Bakı" teqi üzrə xəbərlər
- Annalena Berbok: "Bakıda bütün qitələrdə iqlim koalisiyalarının yaradılması üzərində çalışırıq"
- "The Telegraph": "Bakı gözlədiyinizdən daha çoxunu təklif edir"
- Qarabağ qazisi Bakıda binaları COP29-a uyğun rəsmlərlə bəzədi
- Əfsanəvi Ronaldinyo Bakıya COP29-la bağlı səfərindən paylaşım edib
- Dünya futbolunun əfsanəsi Ronaldinyo Azərbaycana gəlib
Rəylər