Vaxtı ilə Azərbaycanda iki klubda çıxış etmiş almaniyalı qadın voleybolçu Liza Tomsen öz həmcinsi ilə evlənib.
Oxu.Az xəbər verir ki, bu barədə Almaniya Voleybol Federasiyasının “Facebook” səhifəsi məlumat yayıb. Tomsen öz rəfiqəsi ilə ailə həyatı qurub.
View this post on InstagramQeyd edək ki, ötən il karyerasını başa vurmuş 34 yaşlı Liza Tomsen yalnız Azərbaycanda legioner karyerası yaşayıb. İki dəfə Almaniya millisi ilə Avropa ikincisi olmuş, üç dəfə ölkəsinin qızıl medallarını qazanmış libero 2013/14 mövsümündə “Azəryol” klubunda, bir mövsüm sonra isə Bakı “Lokomotiv”ində çıxış edib. O hər iki halda Azərbaycan çempionatının gümüş medallarını qazanıb.
"Almaniya" teqi üzrə xəbərlər
- Almaniyada müəllim 16 il işə çıxmadan maaş alıb
- Almaniyada vağzallarda alkoqol qadağasını pozan beş minə yaxın şəxs aşkarlanıb
- Almaniya kəşfiyyatı yeni əməkdaşlar cəlb etmək üçün qeyri-adi üsula əl atdı
- Hitlerin "Qartal yuvası"nı yandıran şəxs tutuldu - Foto
- Almaniyada 80 yaşlı şəxsin hüceyrələri 60 il cavanlaşdırıldı
Digər xəbərlər