Tovuzda baş vermiş ağır qəzada ölən və yaralananların adı bəlli olub.
Oxu.Az xəbər verir ki, hadisə nəticəsində VAZ-ın sürücüsü 1974-cü il təvəllüdlü Haqverdi Qurban oğlu Həsənov vəfat edib.
Onun oğlu, 2005-ci il təvəllüdlü Murad Haqverdi oğlu Həsənov isə xəsarət alıb.
“KamAZ”ın sürücüsü isə 1970-ci il təvəllüdlü Dilqam İsmayılov olub.
İlhamə Əbülfət
19:12
Tovuzda yük avtomobili minik maşını ilə toqquşub.
Baku TV xəbər verir ki, hadisə rayonun Köhnə Qala kəndində qeydə alınıb.
İlkin məlumata görə “KamAZ” markalı yük maşını VAZ-la toqquşub.
Hadisə zamanı bir nəfər həyatını itirib.
Qəzanın təfərrüatı dəqiqləşdirilir.