Səhhətindəki problemlə əlaqədar AİBA Pro Boxing turnirində iştirakdan imtina edən ikiqat dünya çempionu Məhəmmədrəsul Məcidov noyabrda rinqə qayıdacaq.
Oxu.Az Sportpress.az-a istinadən xəbər verir ki, Azərbaycan Boks Federasiyası idmançının xəstə olmasıyla bağlı sənədləri AİBA-ya göndərmək fikrindədir.
Məcidovun xəstə olduğunu nəzərə alan ali boks qurumu idmançının turnirdə iştirakını bərpa edə bilər.
Azərbaycan milli komandasının məşqçisi Nəriman Abdullayev xəbəri təsdiqləyib. Onun sözlərinə görə Məcidov noyabrda AİBA Pro Boxing turnirində ilk döyüşünə çıxa bilər. Son qərar yaxın günlərdə AİBA tərəfindən veriləcək. Qeyd edək ki, AİBA Pro Boxing turnirinin finalçıları 2016-cı ildə Braziliyada keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya qazanacaq.