İndiyədək Azərbaycandan Gürcüstana 4, Türkiyəyə isə 30 milyard kubmetr qaz nəql edilib.
Oxu.Az SalamNews-a istinadən xəbər verir ki, bunu Bakıda keçirilən XIII “Enerji tənzimlənməsi İnvestisiyalar üzrə” Konfransda Dövlət Neft Şirkətinin vitse-prezidenti Xoşbəxt Yusifzadə deyib.
Bu qazın “Şahdəniz” yatağından hasil edildiyini deyən vitse-prezident qeyd edib ki, yataq işlənməyə başlayandan indiyədək buradan 55 milyard kubmetr qaz, 14 milyon ton isə kondensat hasil edilib.
Azərbaycanın neft-qaz ehtiyatları barədə də məlumat verən Xoşbəxt Yusifzadə qeyd edib ki, hazırda təsdiq olunmuş 2 milyard ton neft, 2,55 trilyon kubmetr qaz ehtiyatımız var:
“Proqnozlaşdırılan neft ehtiyatlarımız 2 milyard ton, qaz ehtiyatlarımız isə 3,45 trilyon kubmetr həcmindədir. Beləliklə, ümumi ehtiyatlar 10 milyard ton neft ekvivalenti həcmində qiymətləndirilir”.