"Mançester Siti" "Çelsi"nin yarımmüdafiəçisi Enzo Fernandeslə maraqlanır.
Oxu.Az xəbər verir ki, "Mançester Siti" argentinalı futbolçunu Rodriyə uzunmüddətli perspektivdə alternativ hesab edir.
Məlumata görə, "Çelsi" 25 yaşlı yarımmüdafiəçinin transfer dəyərini təxminən 140 milyon avro qiymətləndirir. Bu isə sövdələşmənin yay transfer pəncərəsinin ən böyük keçidlərindən birinə çevrilə biləcəyi ehtimalını artırır.
Qeyd edək ki, Enzo Fernandes 2023-cü ildən "Çelsi"nin formasını geyinir.
Qaynar xətt:
(055) 224 12 12