İyunun 16-da baş verən torpaq sürüşməsi nəticəsində Qubanın Tüləkəran yolunun bir hissəsi yararsız vəziyyətə düşüb və yol bağlanıb.
Baku TV-nin məlumatına görə, altı yaşayış məntəqəsi ilə nəqliyyat əlaqəsi kəsilib.
Problemin aradan qaldırılması üçün əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb olunublar, kəndlərlə nəqliyyat əlaqəsinin bərpası məqsədilə əsas yolun yaxınlığında alternativ yol salınıb.
Hazırda sürücülər həmin yoldan istifadə edirlər. Lakin sakinlərin sözlərinə görə, alternativ yolda hərəkət etmək çətindir. Xüsusilə yağışlı havalarda yolun vəziyyəti daha da pisləşir və sürücülər ciddi çətinliklərlə üzləşirlər.