"İmişli" kolumbiyalı müdafiəçi Edvin Banqeranı sıralarına cəlb edib.
Oxu.Az xəbər verir ki, 29 yaşlı futbolçu ilə iki illik müqavilə imzalanıb.
Sol cinah müdafiəçisi Portuqaliyanın II Liqasından "İmişli"yə transfer olunub. O, son olaraq "Felqeyraş" klubunun şərəfini qoruyub.
Bunadək o, "Salqeyruş", "Jil Visente", "Kovilya" və "Mafra" kimi klublarda çıxış edib.