Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

İngiltərə Premyer Liqası: "Arsenal" xal itirdi
İngiltərə Premyer Liqasında 34-cü tur çərçivəsində "Arsenal" öz meydanında "Kristal Pelas"ı qəbul edib.
Oxu.Az xəbər verir ki, qarşılıqlı qollarla keçən matçda qalib müəyyənləşməyib.
Rəqibin qapısına 2 qol vuran meydan sahibləri öz qapılarından da 2 top çıxarıblar - 2:2.
Beləliklə də, hazırda "topçular" 67 xalla turnir cədvəlində ikinci sırada qərarlaşıblar. Onlar lider "Liverpul"dan 12 xal geri qalırlar. "Kristal Pelas" isə 45 xalla 12-cidir.
"Arsenal FK" teqi üzrə xəbərlər
Ən çox oxunanlar