Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

4 qızdan sonra oğul övladını dünyaya gətirən ana doğuş zamanı öldü - Körpə də həyatını itirdi
Masallıda doğuş zamanı ana və uşaq ölüb. Mərhumun yaxınları hadisədə həkim səhlənkarlığının olduğunu bildiriblər.
Oxu.Az ATV-yə istinadən xəbər verir ki, Masallının Təzə Alvadı kənd sakini, 36 yaşlı Nərmin Mehbalıyeva yaxınları tərəfindən Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Mərhumun həyat yoldaşı bildirib ki, qadın xəstəxanaya çatdırılanda sağlam olub və bütün tibbi müayinələrdən keçib:
"Qoluna sistem köçürüblər, hansısa dərmanları tətbiq ediblər, yerindəcə keçinib. Heç bir əməliyyat, heç bir müdaxilə olmayıb. Sadəcə, sağ qolunda sistem iynəsinin izi qalıb. Gecə yoldaşımın sancısı tutan zaman doğum evinin müdirinə zəng etdim. Dedi ki, başım ağrıyır, aparın oraya, növbətçi həkim var. Problem olarsa, mən də gələcəyəm. İlhamə Nağıyeva adlı həkim idi. İçəri girdilər, bir xəbər çıxmadı. Hadisə barədə bizə məlumat verilmədi. Mən içəri daxil olub yoldaşımı göyərmiş vəziyyətdə uzanmış gördüm. Yanında da heç kim yox idi".
Qeyd edək ki, ailə dörd qızda sonra beşinci övladı olan oğlan övladının dünyaya gəlməsini gözləyirdi.
Məsələ ilə bağlı Masallı Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, həkimlər ananın uşağı sağlam dünyaya gətirməsi üçün lazımi tibbi xidmətlər göstəriblər. Meyit daxili və xarici müayinə üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Masallı Rayon Şöbəsinə göndərilib. Müayinələrin nəticəsindən sonra ölümün dəqiq səbəbləri məlum olacaq.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Ətraflı süjetdə:

Masallı rayonunda doğuş zamanı ana ölümü baş verib.
Oxu.Az xəbər verir ki, Masallı sakini, 40 həftəlik hamilə olan Nərmin Mehbalıyeva doğuş zamanı həyatını itirib.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, aprelin 23-ü saat 00:05-də 1989-cu il təvəllüdlü şəxs 40 həftə üç gün hamiləliklə Masallı Rayon Mərkəzi Xəstəxanasına daxil olub.
"Zəruri tibbi müayinələr aparılıb, doğuşun konservativ-gözləyici taktika ilə aparılması qərarına alınıb. Saat 03:00-da hamilənin səhhətində qəfil pisləşmə müşahidə olunub və aparılan zəruri reanimasiya tədbirlərinə baxmayaraq, 23.04.2025-ci il tarixində saat 03:26-da ölüm faktı qeydə alınıb. Hazırda ölümün ilkin səbəbinin müəyyənləşdirilməsi istiqamətində müvafiq araşdırmalar aparılır", - deyə məlumatda bildirilir.
Qeyd edək ki, faktla bağlı Masallı Rayon Prokurorluğunda araşdırma aparılır.
Əzizə İsmayılova
"Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB)" teqi üzrə xəbərlər
- Qaxda gənc oğlanı ilan sancdı: VƏZİYYƏTİ AĞIRDIR
- TƏBİB-dən stomatoloqlardan pul tələb olunması iddiasına REAKSİYA
- TƏBİB stomatoloqlardan pul istənilmə mövzusuna aydınlıq gətirib
- TƏBİB-də stomatoloqlardan pul tələb olunması iddiası ilə bağlı müzakirə aparılır
- Sabirabadda 20 yaşlı qadın ölü uşaq dünyaya gətirdi