Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
İngiltərə yığması Belçika səddini aşa bilmədi - VİDEO
Futbol üzə dünya çempionatında qrup mərhələsinin oyunları başa çatıb.
Oxu.Az xəbər verir ki, son olaraq “G” qrupunun matçları keçirilib.
Qrupda hansı komandaların 1/8 finala vəsiqə qazandığı qabaqcadan məlum olduğundan, nəticə yalnız kimin birinci, kimin isə ikinci olacağına təsir göstərib.
Bu baxımdan Kalininqrad stadionunda Belçika və İngiltərə yığmaları arasında həlledici oyun keçirilib. Gərgin mübarizə şəraitində keçən matçda 0:1 hesabı ilə Belçika millisi qalib gəlib.
Qollar: Adnan Yanuzay (51-ci dəq)
Saranskin “Mordovia” arenasında isə Panama və Tunis milliləri üz-üzə gəlib. Matçda 1:2 hesabı qeydə alınıb. Tunislilər üstün olub.
Qollar: Meria (avtoqol - 33-cü dəq) , Ben Yusef (51-ci dəq.), Xəzri (66-cı dəq)
Beləcə qrupdan birinci çıxan Belçika 1/8 finalda Yaponiya komandası ilə, İngiltərə isə Kolumbiya yığması ilə qarışalacaq.
F.M.
www.oxu.az
Rəylər