İngiltərə futbol təşkilatları ölkə çempionatlarının oyunlarından əvvəl yalnız futbolla bağlı hadisələr səbəbindən bir dəqiqəlik sükut elan etməyə razılaşıblar.
Oxu.Az bu barədə "The Times" nəşrinə istinadən xəbər verir.
Yeni qaydalar monarxın ölümü kimi milli əhəmiyyətli hadisələrə şamil edilməyəcək.
Bundan başqa irqçilik ilə mübarizə üzrə futbol kampaniyaları çərçivəsində diz çökmək kimi oyunçu təşəbbüslərini tənzimləyə bilməyəcək.
Daha əvvəl klublar futbolla əlaqəsi olmayan yerli hadisələrə nə vaxt reaksiya vermək istədiklərini özləri seçirdilər.