Bakıda “Şəfa” stadionunda “İnter” və İslandiyanın “Hafnarfyordur” klubu arasında Avropa Liqasının 2-ci təsnifat mərhələsinin cavab qarşılaşması keçirilib.
Oxu.Az xəbər verir ki, oyun 2:2 hesabı ilə bitib.
İlk hissənin sonlarında Abbas Hüseynov komandamızı hesabda irəli çıxarıb. Lakin ikinci 45 dəqiqənin əvvəlində qonaqlar iki ardıcıl qolla önə keçiblər - 47-ci dəqiqədə Torararinn Valdimarsson, 52-də isə Kristian Finboqason fərqlənib. Bu qoldan 3 dəqiqə sonra Finboqason qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub.
Oyunun əsas vaxtı bu hesabla bitib. İslandiyada keçirilən ilk oyunda “İnter” bu hesabla qələbə qazandıqdan qalibi müəyyən etmək üçün əlavə vaxt təyin edilib.
Əlavə vaxtın elə ilk dəqiqəsində Rauf Əliyev gözəl zərbə ilə oyunda bərabərliyi bərpa edib – 2:2. Bundan sonra qapılara qol vurulmayıb və “İnter” növbəti mərhələyə adlayıb.
Komandamızın növbəti mərhələdəki rəqibi İspaniyanın “Atletik” klubu olacaq.
İlk oyun iyulun 30-da Bilbaoda, cavab qarşılaşması – avqustun 6-da Bakıda keçiriləcək.