"İnter"in baş məşqçisi Simone İnzaqi Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubuna rəhbərlik etməyə hazırdır.
Oxu.Az xəbər verir ki, 49 yaşlı italiyalıya illik 25 milyon dollar maaş təklif olunub. İnzaqi Səudiyyə Ərəbistanı klubuna rəhbərlik etməyə razılaşıb.
Danışıqların son mərhələsinin mayın 31-də "İnter"in PSJ ilə qarşılaşacağı Çempionlar Liqasının finalından sonra baş tutacağı gözlənilir.
İnzaqi 2021-ci ilin yayından Milan klubunu çalışdırır. Onun rəhbərliyi altında komanda İtaliya çempionu, iki dəfə ölkə kubokunun və üç dəfə Superkubokun qalibi olub.