İtaliyanın "İnter" klubunun baş məşqçisi Simone İnzaqi Çempionlar Liqasının finalında PSJ-yə məğlub olduqdan sonra vəzifəsindən ayrılacaq.
Oxu.Az xəbər verir ki, bu barədə jurnalist Fabritsio Romano özünün "X" səhifəsində məlumat yayıb.
Məlumata görə, italiyalı mütəxəssis bu həftə Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubu ilə üç illik müqavilə imzalayacaq.