Meksikanın Quanaxuato ştatında tərk edilmiş evdə 17 nəfərin cəsədi aşkarlanıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "CBS News" nəşri ştat prokurorluğunun mətbuat xidmətinə istinadən məlumat verib.
İlkin məlumata görə, cəsədlər İrapuato şəhərində tapılıb, axtarışlara xidməti itlər cəlb olunub. Tərk edilmiş binada cəsədlərdən başqa maçete, qazma və kürəklər də tapılıb. Dörd kişi və bir qadın olmaqla, beş qurbanın itkin düşənlər siyahısında olduğu müəyyən edilib.
Müstəntiqlər hesab edirlər ki, zorakı cinayət Santa-Rosa-de-Lima bandası ilə Xalisko yeni nəsil karteli arasında münaqişə ilə bağlıdır. Sonuncu qruplaşma ABŞ-də xarici terror təşkilatı kimi tanınıb. Öldürülən şəxslər ştatda təsir dairələri uğrunda müharibə aparan cinayətkar qruplaşmalar arasında qarşıdurmaların qurbanı olmuş ola bilərlər.
Qeyd edək ki, elə bu ay cinayətkarlar daha bir vəhşicəsinə qətl törədiblər, aralarında uşağın da olduğu yeddi nəfəri güllələyiblər. Hadisə yerində polis cinayətkar qruplaşma üzvlərinin qoyduğu mesajları aşkar edib.