“Azərbaycan yaxşı futbol oynayan komandadır”.
Oxu.Az xəbər verir ki, bu sözləri İordaniya millisinin baş məşqçisi Hüsseyn Ammuta Bakıda Azərbaycan yığmasına qarşı keçirəcəkləri beynəlxalq yoldaşlıq oyunundan əvvəl mətbuat konfransında deyib.
O, sabahkı matça hazırlaşmaq üçün çox vaxtlarının olmadığını vurğulayıb:
“Norveçlə oyundan sonra Azərbaycanla matça hazırlaşmaq üçün cəmi iki məşq keçmək imkanımız var. Bilirik ki, Azərbaycan Avropanın güclü komandalarından biri deyil. Buna baxmayaraq, rəqibə hörmətlə yanaşırıq. Sabahkı matçda yaxşı nəticə qazanıb, təlim-məşq toplanışını uğurlu bitirmək istəyirik”.
“Dalğa Arena”da keçiriləcək Azərbaycan - İordaniya görüşü saat 20:00-da başlayacaq.
Daha çox şəkil burada: PhotoStock.az
Rəylər