İspaniya milli komandasının müdafiəçisi Mark Kukurella dünya çempionluğu uğrunda mübarizədə qeyri-adi bir vədlə gündəmə gəlib.
Oxu.Az "COPE" nəşrinə istinadən xəbər verir ki, istedadlı futbolçu İspaniya yığması DÇ-2026-da zəfər çalacağı təqdirdə, baş məşqçi Luis de la Fuentenin simasını bədəninə döymə olaraq həkk etdirəcəyini bildirib.
"Əgər biz dünya çempionu adını qazansaq, baş məşqçimiz Luis de la Fuentenin simasını mütləq tatu etdirəcəyəm".
Xatırladaq ki, bundan öncə yığmanın gənc ulduzu Lamin Yamal da bənzər addım ataraq, İspaniyanın mundialda qalib gələcəyi halda bığ və saqqal saxlayacağına söz vermişdi.
Qeyd edək ki, İspaniya millisi mundial çərçivəsində ilk sınağına iyunun 15-də Kabo-Verde yığmasına qarşı çıxacaq. Komanda H qrupunda həmçinin Səudiyyə Ərəbistanı və Uruqvay seçmələri ilə də gücünü sınayacaq.