Çilidən aldığı məğlubiyyət zərbəsindən sonra, təcili şəkildə turnirin play-off-una şansını itirən, İspaniyanın futbol üzrə yığmasının məşqçisi Visente del Boske, oyunçuların turnirə yaxşı hazırlaşdıqlarını hesab edir.
Oxu.Az Vesti.ru-ya istinadən xəbər verir ki, o bəyan edib:
“Bizim pis hazırlaşmağımız ilə razı deyiləm. Bu, belə deyil. Biz yaxşı məşq etmişik, gözəl formadaydıq, vahid komanda idik. Amma olan oldu. Hollandiya ilə ikinci taym çox ağır yük oldu”.
“Biz çilililərdən yaxşı oynaya bilmədik və tezliklə dünya çempionatı ilə vidalaşmalı olacağıq. Təəssüf ki, istədiyimiz alınmadı”, bunları 0:2 hesabı ilə məğlub olduqları Çili ilə oyunu şərh edərkən del Boske deyib.