İsveç millisi dünya gənclər hokkey çempionatı üzrə ABŞ-də keçirilən yarışda tarixdə üçüncü dəfə və 2012-ci ildən bəri ilk dəfə qalib gəlib.
Oxu.Az-ın məlumatına görə, Sent-Polda (Minnesota ştatı) keçirilən finalda isveçlilər çexləri 4:2 hesabı ilə məğlub ediblər.
İsveçlilər əvvəllər 1981 və 2012-ci illərdə də kuboku qazanmışdılar.
Çexlər 2000 və 2001-ci illərdə çempion olub, 2023-cü ildə isə finala qədər irəliləyiblər.
Qeyd edək ki, 2012-ci ildən bəri dünya çempionatını yalnız Kanada, ABŞ və Finlandiya milliləri qazanıb.