Bakı-2015 Avropa Oyunları çərçivəsində qadınlar arasında triatlon yarışları başa çatıb.
Oxu.Az Trend-ə istinadən xəbər verir ki, isveçrəli idmançı Nikola Spiriq çempionluğu 2 saat 28 saniyəlik nəticə ilə qazanıb.
Gümüş medalın sahibi Niderland triatlonçusu Reyçel Kramer , bürünc medalın sahibi isə İsveç təmsilçisi Liza Norden olub.
Azərbaycan idmançısı Kseniya Levkovskaya yarışları 17-ci yerdə başa vurub.
12:26
Bu gün Bakı-2015 Avropa Oyunları çərçivəsində qadınlar arasında triatlon yarışları start götürüb.
Oxu.Az xəbər verir ki, yarışlarda Azərbaycanı Kseniya Levkovskaya təmsil edəcək.
Yarışlar “Bilgah Beach” kompleksində keçirilir.
www.oxu.az