2014-cü ildə isə türklər xurma idxalına görə, 19 milyon 2 min 916 dollar xərcləyiblər.
Oxu.Az Anadoluya istinadən xəbər verir ki, 2013-cü ildə türklər 17 min 920 ton xurma idxal edib, 2014-cü ildə isə bu rəqəm 23 min 371 tona çatıb. Beləliklə, xurma idxalını 30 % artırıblar.
Türklər 2014-cü ildə 15 fərqli ölkədən xurma idxal edib:
"Bunların arasında İran, Səudiyyə Ərəbistanı, Tunis, İsrail, Fələstindən önəmli yerləri tutub".
Belə ki, 12 min 705 ton xurma üçün türklər İrana 4 milyon 268 min 323 dollar, 5 min 724 ton xurmaya görə, Səudiyyə Ərəbistanına 3 milyon 974 min 367 dollar ödəyiblər.
Bundan başqa, Tunisə xurma qarşılığında 3 milyon 821 min 535 dollar, İsrailə 3 milyon 297 min 252 dollar ödənilib.
Türkiyəyə Fələstindən 511 ton xurma idxal olunub ki, türklər də bunun qarışılığında onlara 2 milyon 297 bin 309 dollar ödəyiblər.
Qeyd edək ki, Fələstin bu ölkəyə xurma idxalında xüsusi yer tutub.
Bu ölkəyə xurma idxalında Almaniya, Çin, Cənubi Afrika, Liviya, Birləşmiş Ərəb Əmirlikləri də yer alıb.
Ülviyyə R. Əli
www.oxu.az