İtaliya A Seriyasının 12-ci turunda "Napoli" "Atalanta"nı qəbul edib.
Oxu.Az xəbər verir ki, görüş meydan sahiblərinin qələbəsi ilə başa çatıb.
Neapol təmsilçisi Berqamo klubunun qapısından üç top keçirib. Qonaqların gücü yalnız təsəlli qoluna çatıb - 3:1.
Bu qələbə "Napoli"yə 25 xalla turnir cədvəlinin zirvəsinə yüksəlməyə imkan verib. "Atalanta" isə 13 xalla 13-cü pillədə qərarlaşıb.
İtaliya A Seriyası: "Napoli" zirvəyə yüksəldi