Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Joze Mourinyonun yeni ünvanı bəlli oldu - Milli komandanın sükanı həvalə olunacaq
"Fənərbağça"nın baş məşqçisi Joze Mourinyo Portuqaliya milli komandasını çalışdıra bilər.
Oxu.Az xəbər verir ki, bu barədə "Haber Türk" televiziyası məlumat yayıb. 62 yaşlı mütəxəssisin artıq Portuqaliya Futbol Federasiyası ilə razılıq əldə etdiyi bildirilir.
Mənbənin məlumatına görə, Mourinyo UEFA Millətlər Liqasının finalından sonra yığmada işə başlayacaq.
Qeyd edək ki, Joze Mourinyo mövsümün əvvəlində "Fənərbağça"nın baş məşqçisi təyin olunub. Onun İstanbul klubu ilə müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.
"Joze Mourinyo" teqi üzrə xəbərlər
- "Tottenhem"in ulduzu karyerasını Türkiyə Superliqasında davam etdirə bilər
- Mourinyo "Fənərbağça"nın prezidenti qarşısında şərt qoydu
- Joze Mourinyo texniki heyətini dəyişdirmək qərarına gəldi
- Ali Koçdan Joze Mourinyoya DƏSTƏK
- Joze Mourinyodan tənqidçilərinə cavab: "Son iki ildə türklərdən çox final görmüşəm"
Ən çox oxunanlar