Karate üzrə dünya çempionatında mübarizə aparan daha 4 idmançımız mükafat qazana bilməyib.
Oxu.Az-ın xəbərinə görə, Nuranə Əliyeva slovakiyalı rəqibinə 4:0 hesabı ilə qalib gəlsə də, Betina Planka (Avstriya) 2:4 hesabı ilə uduzub.
İlahə Qasımova ilk görüşündə isveçrəli rəqibi ilə 2:2 etsə də, mübarizəni davam etdirə bilməyib.
Kişi karateçilərimizdən gənclər arasında Avropa çempionu Əminağa Quliyev bəhreynli rəqibini 8:0, Murad Xanı 4:0 (Pakistan), Kalvis Kalnini (Latviya) 13:4 hesabları ilə məğlub etsə də, Kərim Əbu Ettanı (Misir) keçə bilməyib – 3:8.
Tural Ağalarzadə isə tailandlı rəqibi üzərində 4:1 qalib gəldikdən sonra, Nenad Duloviçi (Monteneqro) 4:4 hesabı ilə keçib. Ancaq o da Əli Əl-Saviyə 1:6 hesabı ilə uduzaraq mübarizəni dayandırıb.
11:24
BƏƏ-nin Dubay şəhərində keçirilən karate üzrə dünya çempionatında ikinci günə start verilib.
Oxu.Az-ın xəbərinə görə, artıq bir karateçimiz mübarizəyə başlayıb.
Debütant karateçimiz olan Ayla Rzazadə mübarizəni ilk görüşdə uduzaraq dayandırıb. Bu gün daha dörd karateçimiz mübarizə aparacaq.
Karate üzrə dünya çempionatı
Qadınlar
-50 kq Nuranə Əliyeva – Lutsia Kovaçikova (Slovakiya)
-55 kq İlahə Qasımova – Maya Şerer (İsveçrə)
-61 kq Ayla Rzazadə – Fatimə-Zəhra Şajay (Mərakeş) 0:3
Kişilər
-60 kq Əminağa Quliyev – Bander Abdulla (Bəhreyn)
-67 kq Tural Ağalarzadə – Vorakan Soda (Tailand)
Qeyd edək ki, dünənki mübarizədən sonra İrina Zaretskayanın (-68 kq) ikinci dəfə dünya çempionu olmaq imkanı var. Həmçinin Asiman Qurbanlının (+84 kq) ilk dəfə dünya çempionatının bürünc mükafatçısı olmaq şansı mövcuddur.
Səbuhi Musayev