Futbol üzrə Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti karyerasının hazırkı mərhələsi və komandanın hədəfi barədə danışıb.
Oxu.Az xəbər verir ki, onun sözlərini "Tuttosport" nəşri yayıb.
"Real Madrid"dən sonra və Braziliyaya gəlməzdən əvvəl bir neçə çox gərgin günüm oldu. İndi lazımi sakitliklə çalışırıq, dünya çempionatına hazırlaşırıq. Arzum Braziliyanın altıncı dəfə bu yarışı qazanmasıdır, çünki onlar 2002-ci ildən bəri bu kuboku qazanmayıblar. Gözləntilər yüksəkdir, amma həvəs də yüksəkdir.
Braziliya böyük çempionlar tərəfindən yazılmış möhtəşəm bir futbol tarixinə malikdir və 24 ildir ki, dünya çempionatını qazana bilmir. Ümid edək ki, bu seriya 28 ilə qədər uzanmaz! Qalib gəlmək istəyirik, bunu gizlətmirik. Braziliya və İtaliyanın finalda qarşılaşmasını istərdim. Bu, mənim üçün emosional səviyyədə gözəl olardı", - deyə Ançelotti bildirib.