"Karvan-Yevlax" klubu baş məşqçi Azər Həşimov və onun köməkçiləri ilə bağlı bizə hər hansı yeni bir məlumatla müraciət etməyib".
Bu barədə Oxu.Az-a Peşəkar Futbol Liqasından (PFL) açıqlama verilib.
Bildirilib ki, "Karvan-Yevlax" klubu tərəfindən PFL-ə məşqçilər korpusuna yeni məşqçilər əlavə etməklə bağlı müraciət olunub:
"Füzuli Məmmədov da baş məşqçinin köməkçisi kimi qeydiyyatdan keçib. Baş məşqçi dəyişikliyi ilə bağlı bizdə hazırda rəsmi məlumat yoxdur. Klub bizə sadəcə komandanı təsnifat turuna Füzuli Məmmədovun çıxaracağını bildirib və onun mətbuat konfransında təmsil olunmasını xahiş edib. Bu məsələni diqqətdə saxlayacağıq".
Bu gün Misli Premyer Liqasının XVIII turunda "Qarabağ"la qarşılaşacaq "Karvan-Yevlax" klubu meydana baş məşqçisiz çıxacaq.
Bu barədə Oxu.Az-a klubun Mətbuat Xidmətindən açıqlama verilib.
Bildirilib ki, klubu meydana baş məşqçini əvəz edən Füzuli Məmmədov çıxaracaq.
Klubun rəsmi baş məşqçisi isə Azər Həşimovdur.
Qeyd edək ki, "Qarabağ" - "Karvan-Yevlax" oyunu saat 17:00-da "Azersun Arena"da start götürəcək.
Murad Nəsimi