UEFA Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində avqustun 27-də, saat 20:00-da “Bakcell Arena”da baş tutacaq “Neftçi” – “Şkupi” (Şimali Makedoniya) oyunu öncəsi komandaların keçirəcəyi son məşqin və mətbuat konfranslarının vaxtı artıq məlumdur.
Oxu.Az xəbər verir ki, öncə “Neftçi” PFK-nın baş məşqçisi Füzuli Məmmədovun iştirakı ilə mətbuat konfransı təşkil olunacaq.
Tədbir avqustun 26-sı “Bakcell Arena”da keçiriləcək və saat 18:00-da başlanacaq. Saat 19:00-da komandamızın media nümayəndələri üçün açıq (ilk 15 dəqiqəsi) məşqi baş tutacaq.
Həmin gün “Bakcell Arena”da “Şkupi”nin baş məşqçisi Katip Osmaninin mətbuat konfransı, həmçinin, komandanın açıq məşqi (ilk 15 dəqiqəsi) olacaq. Konfrans saat 19:30-da, məşq isə saat 20:00-da başlanacaq.
Qeyd edək ki, hər iki komandanın mətbuat konfransı və açıq məşqi “Neftçi TV” vasitəsilə canlı yayımlanacaq.