Gəncənin “Kəpəz” klubu Avropa Liqasının ikinci təsnifat mərhələsində səfərdə Avstriyanın “Admira” komandasının qonağı olub.
Oxu.Az xəbər verir ki, Sankt-Pölten şəhərində “NV Arena” stadionunda keçirilən matç ev sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb - 1:0.
Qarşılaşmada yeganə qolu 41-ci dəqiqədə Dominik Starkl vurub.
Bu komandalar arasındakı cavab oyunu iyulun 20-də, Bakıda baş tutacaq.