Ölkəmizi UEFA Avropa Liqasında təmsil edəcək “Keşlə” növbəti transferini reallaşdırıb.
Klubun “Facebook” səhifəsi xəbər verir ki, Bakı təmsilçisi “Qarabağ”ın müdafiəçisi Rafael Məhərrəmlini icarəyə götürüb.
20 yaşlı futbolçu mövsümün sonunadək “Keşlə”nin şərəfini qoruyacaq. Məhərrəmli ötən mövsüm Azərbaycan Premyer Liqasında doqquz matçda meydana çıxıb.
Qeyd edək ki, “Keşlə” yay fasiləsində bu transferdən əvvəl doqquz futbolçunu heyətinə qatıb. Daha əvvəl Rəhman Hacıyev və Turan Vəlizadə “Neftçi”dən icarəyə götürülüb.