Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov Beynəlxalq Şahmat Federasiyasının (FIDE) reytinq cədvəlində yenə III yerdədir.
Oxu.Az xəbər verir ki, FIDE bu gün üçün yeni reytinq cədvəlini dərc edib.
Şəhriyar Məmmədyarovun bu siyahıda bir ay əvvəlki yeri dəyişməyib.
Dünyanın ən güclü şahmatçılarının siyahısında I yerdə yenə norveçli dünya çempionu Maqnus Karlsendir (2839), II yerdə isə amerikalı Fabiano Karuanadır (2827).
Bizim digər şahmatçımız Teymur Rəcəbov (2751) siyahıda sentyabr ayındakı vəziyyəti ilə müqayisədə bir pillə aşağı enərək 18-ci yerdə qərarlaşıb. Arkadi Naydiç (2721) 29-cu, Rauf Məmmədov (2699) 46-cı, Eltac Səfərli (2676) 67-ci, Qədir Hüseynov (2667) 74-cü yerdədir.
Səbuhi MUSAYEV
www.oxu.az
Rəylər