"Napoli" klubunun aparıcı futbolçusu Kevin De Bruyne İtaliya A Seriyasının 8-ci turu çərçivəsində evdə "İnter" ilə keçirdiyi oyunda (3:1) ciddi zədə alıb.
Oxu.Az bildirir ki, bu barədə Neapol təmsilçisinin Mətbuat Xidməti məlumat yayıb.
"Ətraflı tibbi müayinələr nəticəsində oyunçunun sağ budundakı əzələdə ciddi yırtıq aşkar edilib. Təcrübəli futbolçu dərhal intensiv reabilitasiya proqramına başlayıb", - deyə məlumatda vurğulanır.
İtaliya mətbuatının yazdığına görə, 34 yaşlı belçikalı ulduz yarımmüdafiəçi bu il ərzində meydana çıxa bilməyəcək və ancaq yeni ildə klubuna qoşula biləcək.