"Karvan-Yevlax" müdafiəçi Sadiq Quliyevi transfer edib.
Oxu.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Son olaraq "Səbail" klubunda forma geyinən 31 yaşlı oyunçu ilə 2026/2027 mövsümünün sonuna qədər müqavilə imzalanıb.

"Kəpəz" heyətini moldovalı futbolçu Viktor Stina ilə gücləndirib.
Klubdan Oxu.Az-a verilən məlumata görə, 28 yaşlı hücumameyilli yarımmüdafiəçi ilə mövsümün sonunadək müqavilə imzalanıb.

Son olaraq Moldovanın "Zimbru" klubunun formasını geyinən Viktor Stina ölkəsinin milli komandasında da çıxış edib.
O, Moldova millisinin heyətində keçirdiyi 30 oyunda 4 qola imza atıb.
"Karvan-Yevlax" iki futbolçu ilə yollarını ayırıb.
Klubdan Oxu.Az-a verilən məlumata görə, müdafiəçilər Əli Abdullayev və Elvin Yunuszadənin müqavilələrinin müddəti başa çatdığı üçün tərəflər arasında əməkdaşlığa son qoyulub.
24 yaşlı Ə.Abdullayev ötən mövsüm bölgə təmsilçisinin heyətində Premyer Liqada 9 oyuna çıxıb. E.Yunuszadə isə klubun formasında ümumilikdə 19 matçda iştirak edib.
Qeyd edək ki, "Karvan-Yelvax" ötən mövsüm Premyer Liqanı sonuncu pillədə başa vuraraq I Liqaya enib.


Həmçinin "İmişli" heyətini yeni futbolçu ilə gücləndirib.
Bölgə təmsilçisi "Zirə"nin müdafiəçisi Əkbər Eyubovu mövsümün sonunadək icarə əsasında heyətinə qatıb.
20 yaşlı futbolçu ötən mövsümü icarə əsasında "Mingəçevir"də keçirib. O, eyni zamanda Azərbaycanın U-21 millisinin də üzvüdür.

"İmişli" braziliyalı futbolçu Ronaldo Souza ilə yolları ayırıb.
Bu barədə Oxu.Az-a klubun mətbuat xidmətindən bildirilib.
28 yaşlı müdafiəçi ilə yeni müqavilə imzalanmayıb.
Xatırladaq ki, "İmişli" ötən yay Ronaldo Souza ilə birillik müqavilə bağlamışdı.
