"Araz-Naxçıvan" qvineyalı futbolçu Mara Mohamedi heyətinə qatıb.
Oxu.Az xəbər verir ki, bu barədə klub məlumat yayıb.
30 yaşlı hücumçu ilə birillik müqavilə imzalanıb.

O, müxtəlif illərdə Fransanın "Loryan", "Paris", "Evian", "Martikes", "Stad Brioşan", "Hyeres 83", eləcə də Tailandın "Ratçaburi", "Kançanaburi" klublarında çıxış edib.
Qeyd edək ki, "Araz-Naxçıvan" buna qədər Tərlan Əhmədli, Ömər Buludov, Slavik Alxasov, İbrahim Piriyev, Ülvi İsgəndərov, Rəşad Həsənov, Alberto Qarsiya Fernandes, Alexandro Herrera, Rövlan Muradov, İssuf Paro, Artur Auqusto Da Silva, Mustafa Əhmədzadə və Luka Dumançiçlə yeni müqavilə imzalayıb.
"İmişli" klubu "Kəpəz"dən ayrılan qapıçı Yusif İmanovu transfer edib.
Oxu.Az xəbər verir ki, bu barədə bölgə təmsilçisi məlumat yayıb.
23 yaşlı qolkiperlə "2+1" illik müqavilə imzalanıb.
Xatırladaq ki, Yusif İmanov "Sabah" və Kosovonun "Malişeva" komandasında da çıxış edib.
