"Qəbələ" futbolçusu Prins Ovusunun transferi ilə bağlı Slovakiyanın "Dunayska Streda" klubunun təklifini müsbət cavablandırıb.
Klubdan Oxu.Az-a verilən məlumata görə, tərəflər qanalı futbolçunun transferi ilə bağlı razılığa gəliblər.
Qeyd edək ki, 20 yaşlı vinger "Qəbələ"yə 2025-ci ilin iyulunda Qananın "Nayan" Akademiyasından cəlb olunub. O, "qırmızı-qaralar"ın heyətində 34 oyunda 7 qol vurub və 3 məhsuldar ötürmə edib.

"İmişli" futbol klubu heyətini Kot-d`İvuardan olan yarımmüdafiəçi İvan Seninlə gücləndirib.
Oxu.Az xəbər verir ki, bu barədə klub məlumat yayıb.
Vurğulanıb ki, 19 yaşlı futbolçu ilə 2+1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, əsasən, dayaq yarımmüdafiəçisi kimi çıxış edən İ.Senin karyerası ərzində "Abican Siti", "Sportinq"in (Portuqaliya) U-19 komandası və son olaraq Azərbaycanın "Şimal" klubunun formasını geyinib.
