"Vaşinqton İranla intensiv danışıqlar aparır".
Oxu.Az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Axios" portalına müsahibəsində bildirib.
"İranla çox intensiv danışıqlar aparırıq. Əgər onlar nəticə verməsə, çox qətiyyətli hərbi əməliyyatlara qayıdacağıq", - Tramp deyib.
ABŞ lideri əlavə edib ki, diplomatik prosesə uzun müddət vaxt ayırmaq niyyətində deyil.
"Ya hər şey tez baş verəcək, ya da ümumiyyətlə baş verməyəcək", - deyə Tramp vurğulayıb.
Qaynar xətt:
(055) 224 12 12